YAP partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib - FOTO

"YAP Səbail rayon təşkilatı “İstiqlaliyyət küçəsi 51 ” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib". SİA xəbər verir ki, ərazi partiya təşkilatının sədri Arzuman Muradlı hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VI qurultayından sonraki dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

A.Muradlı bildirib ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib. Daha sonra partiya təşkilatının rəhbər orqanlarının yeni tərkibi seçilib.

Yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatının əməkdaşı Aysel Nəsibova hesabat məruzəsini və ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib.
Çıxışı zamanı 44 günlük Vətən müharibəsinə toxunan A.Nəsibova Azərbaycan Ordusunun şücaətindən də söz açıb.

“Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında nə qədər danışsan da söz, cümlə bitməz. Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu fakti¬ki olaraq iflic vəziyyətinə gətirdi. İşğalçı Ermənistanın ordusu bu müharibədə tamamilə məhv oldu. Azərbaycan xalqı 30 illik işğaldan qurtulub öz dədə-baba torpaqlarına qovuşdu. Bir sözlə Qarabağ öz sahibinə qayıtdı”.

YAP

Bütün xəbərlər Facebook səhifəmizdə