“Sərhədsiz reportyorlar” bəyanat yaydı - Fransız jurnalistlə bağlı

"Sərhədsiz Reportyorlar" TF 1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona qarşı internet üzəridən sərt hücumların olduğunu, yalnız işini görən bir peşəkara qarşı kobud nifrət dolu mesajlarla ittiham edildiyini bəyan edir.

SİA-nın verdiyi məlumata görə, 22 Oktyabr tarixində TF 1 kanalında "saat 20" verilişində Azərbaycanın cəbhə xəttindən, Dağlıq Qarabağ separatist regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportajın yayımından sonra, jurnalist və böyük repartyor Liseron Budul Fransanın erməni icması tərəfindən Facebook və Twitter sosial şəbəkələri üzərindən güclü nifrət dolu saysız mesajlarların hədəfinə çevrilib və onu « genosid törədənlərin fahişəsi » kimi qələmə veriblər. Eyni zamanda jurnalisitin telefon nömrəsi əldə edildikdən sonra WhatsApp üzərindən də təzyiqə məruz qaldığı deyilir. Televiziya kanalı da həmçinin sistematik olaraq, sosial şəbəkələr, elektron poçt ünvanı və telefon zəngləri ilə narahat edilib.

Oktyarın əvvəli digər iki fransız jurnalisti də Dağlıq Qarabağ münaqişəsi haqqında dərc etdikləri məqalələrdən sonra internet üzərindən erməni icmasının təhdidləri ilə üzləşiblər.

"Sərhədsiz reportyorlar"ın AI və Balkanlar bürosunun rəhbəri Pavol Szalai Liseron Budul və TF1-ə qarşı olan təzyiqləri qətiyyətlə pisləyir. Münaqişə və cəbhə xəttindən yerindəcə reportaj hazırlamış hər hansı bir jurnalisitin və medianın bununla bağlı narahat edilməsi qəbuledilməzdir. Bundan başqa, Fransa erməniləri təşkilatlarının kordinasiyası şurasının həmsədri Frank Papazyanı, mətbuat azadlığına qarşı işlənmiş kobud hücuma qarşı eyhamlı danışıqları pisləməyə çağırırıq".

Belə ki, Facebook üzərindən yayımlanan reportaj haqqında "dezinformasiyaya bənzəyir" fikri yayımlanıb. Digər şərhlərdə isə belə mesajlarla qarşılaşırıq: "Ola bilər ki, TF1-in bir neçə işçisinin başı kəsildikdən sonra daha yaxşı və aydın düşünər". Ertəsi gün reportajın yayımından sonra Fransada yaşayan erməni icması münaqişədə inad göstərən tərəf kimi kanalın binası qarşısında etiraz aksiyası keçiriblər.

TF 1 bir neçə gün öncə erməni cəbhəsindən iki ölkə arasındakı münaqişədən bəhs edən reportaj hazırlamışdı. Nəhayət, kanal gərginliyi azaltmaq üçün, Liseron Budulun reportajını öz saytından silib.

Bütün xəbərlər Facebook səhifəmizdə