"Paşinyan danışıqları dalana dirəyib" Vitali Balasanyan

Birinci, ikinci, üçüncü yeni Ermənistan demək olmaz, Ermənistan birdir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri general Vitali Balasanyan bu gün jurnalistlərin suallarını cavablandırarkən deyib.

Məlumatda qeyd olunur ki, Qarabağ münaqişəsinin həllinə dair danışıqlara toxunan Vitali Balasanyan, indi danışıqları Ermənistanın siyasi hakimiyyətinin birinci şəxsi tərəfindən çıxılmaz vəziyyətə gətirildiyini söyləyib.
Vitali Balasanyan, səlahiyyətlilərin danışıqların davam etdiyini söylədiyinə dair iradına da cavab verib.“Nə isə demək məqsədi ilə deyirlər. Belə bir şey yoxdur", deyə general bununla razılaşmadığını bildirib və fikirlərini gizlətməyib.

Müharibənin yenidən başlanması təhlükəsinə toxunan Vitali Balasanyan, Üçüncü Dünya Müharibəsinin dünyada çoxdan başladığını və bölgədəki vəziyyətin partlayıcı olduğunu qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə