Rusiya və Türkiyə İdliblə bağlı yeni məsləhətləşmələr hazırlayır

“Moskva və Ankara Suriyanın İdlib əyalətindəki vəziyyətlə əlaqədar yeni məsləhətləşmələr hazırlayır”. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın XİN başçısı Sergey Lavrov deyib.

“Hazırda növbəti silsilə məsləhətləşmələr hazırlanır. Ümid edirəm ki, İdlibin həqiqətən gərgin zonası olduğunu və həmin ərazidə terrorçuların ev sahiblik etməməsini təmin etməklə bağlı razılığa gələ biləcəyik”, - deyə Lavrov qeyd edib.

Rusiyalı nazirin sözlərinə görə, İdlibdəki türk hərbi qüvvələri gərginlik zonasında mübarizənin xüsusi olaraq terrorçulara qarşı edildiyini başa düşürlər: “Heç kim terrorçuların hərəkətə keçməyə cəhd etdikləri təqdirdə qisas alınmayacağı ilə bağlı razılıq əldə etməyib. Əminəm ki, "yerdə" işləyən türk hərbçiləri hər şeyi mükəmməl görür və başa düşürlər. Üstəlik, terrorçular dəfələrlə mövqelərimizə, Suriya qoşunlarının mövqelərinə, Suriya Respublikasının mülki obyektlərinə Türkiyə Cümhuriyyətinin müşahidə postlarının yerləşdirildiyi nöqtədən hücum ediblər”.

Lavrov Moskvanın terrorçulara haqq qazandırmaq cəhdlərinə qarşı çıxacağını qeyd edib: “Biz qəti şəkildə BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilən terrorçulara haqq qazandırmaq cəhdlərinə qəti şəkildə qarşı çıxacağıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...