Müxalifət prezident Əli Abdulla Salehin Sana şəhərindəki sarayına yürüş edəcək

Müxalifət prezident Əli Abdulla Salehin Sana şəhərindəki sarayına yürüş edəcək

Bu gün müxalifət prezident Əli Abdulla Salehin Sana şəhərindəki sarayına yürüş edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hökumət əleyhdarları olan nümayişçilərin yürüşü prezidentin istefasına həsr olunacaq. Bir çox dövlət məmurları, qəbilə başçıları və diplomatlar qanlı qətliamdan sonra nümayişçilərin tərəfinə keçiblər. Yəmənin yüksək səviyyəli məmuru general Mosen əl-Əhmar da dinc nümayişçilərin tərəfinə keçdiyini elan edib.

Qeyd edək ki, prezident dünən hərbi liderlərə xəbərdarlıq edib ki, çevrilişə hər hansı cəhd vətəndaş müharibəsi ilə nəticələnəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə