“Aykakan Jamanak”: “ATƏT-in Ermənistan üzrə hesabatı çox sərt olacaq”

“Aykakan Jamanak”: “ATƏT-in Ermənistan üzrə hesabatı çox sərt olacaq”

ATƏT-in Ermənistan üzrə hesabatı çox sərt olacaq. SİA-nın xəbərinə görə, bu barədə məlumat Ermənistanın "Aykakan Jamanak" mətbu orqanında yer alıb. Xəbərə görə, gələn həftə ATƏT-in Nəzarət Komitəsinin sessiyası Parisdə keçiriləcək və müvafiq olaraq sessiya ərzində Ermənistan haqqında dinləmələr keçiriləcək.

Qəzetin yazdığı xəbərə görə, sessiya ərzində əsas diqqət Komitə həmməruzəçiləri Con Preskott və Aksel Fişerdə olacaq. Ermənistanda səfərdə olan iki həmsədr gördükləri və müşahidə etdikləri bütün məlumataları ATƏT-in iclasında iştirak edən müxtəlif dövlətin nümayəndə heyətinin üzvlərinə çatdıracaqlar: " ATƏT-in Yaz sesiyasının 11-15 aprel tarixlərində baş tutacağı gözlənilir. Bu tarix ərzində Ermənistanla bağlı məruzə dinləniləcək. Bu da təsadüfən deyildir. Çünki məhz Erməni Milli Konqresinin (ANC) növbəti yığıncağı 8 aprel üçün nəzərdə tutulub".

Bütün xəbərlər Facebook səhifəmizdə