Məhv olmaq təhlükəsi siyahısında Ermənistana aid obyektlər də var

Ermənistanın iki obyekti Avropa nəsli kəsilməkdə olan irs siyahısındadır. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Avropanın mədəni irsini və təbii mühitini təbliğ etmək və qorumaq üçün qurulmuş “Europa Nostra” Ümumavropa federasiyası 2020-ci ildə ən çox məhv olmaq təhlükəsi olan 14 ərazinin ilkin siyahısını dərc edib və burada Ermənistana aid obyektlər də var.

Məlumatda qeyd olunur ki, siyahıda Ermənistanın iki mədəni irs obyekti yer alıb. Siyahıya həmçinin Albaniya Milli Teatrı, Tapiola Hövzəsi (Finlandiya), Samezono qalası (İtaliya), İvik Evi (Hollandiya), Sibarisa Arxeoloji Parkı (İtaliya), Bull Fortress (Çexiya), Hökumət Y-Block (Norveç) və s. daxil edilib.

"Ən çox məhv olma təhlükəsi olan 7 obyekt" proqramı çərçivəsində son siyahı 2020-ci ilin mart ayında dərc ediləcəkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə