ARDNŞ-ın 3 günlük təlimatlandırma kursuna start verilib

ARDNŞ-ın 3 günlük təlimatlandırma kursuna start verilib
ARDNŞ Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin Təlim, Tədris Mərkəzində (TTM) "ISO 16001: 2009 "Enerji İdarəetmə Sistemi" beynəlxalq standartı üzrə Türk Standartları İnstitutundan dəvət olunmuş mütəxəssis Məmmədəli Dönməzin iştirakı ilə 3 günlük təlimatlandırma kursuna start verilib. SIA-nın ARDNŞ-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, noyabrın 24-dək davam edəcək kursda ARDNŞ-ın 20 struktur təşkilatından 30 nəfər iştirak edəcək.

Kursda Məmmədəli Dönməz tərəfindən müəssisələrdə enerjinin səmərəli istifadəsi, enerji xərclərinin azaldılması, enerji resurslarının və enerjidən istifadənin məhsuldarlığının artırılması, elektrik təhlükəsizliyinin müəssisələrdə tətbiqi, həmçinin ətraf mühitin qorunması ilə bağlı mühazirələr oxunacaq. 3 günün tamamında dinləyicilərə sertifikatlar veriləcək.

Qeyd edək ki, belə bir kurs respublikamızda ilk dəfə təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə