Piter Semnebi: “Hazırda Dağlıq Qarabağ münaqişənin həlli üçün ciddi danışıqlar gedir”
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində müəyyən irəliləyişlər mövcuddur". SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəsi Piter Semnebi bildirib. Onun sözlərinə görə, 2010-cu il danışıqlar prosesində çətin mərhələ olması ilə əlamətdar olduğuna, yəni danışıqların o qədər də sürətlə getmədiyinə və qoşunların təmas xəttində hadisələrin baş verdiyinə baxmayaraq, müəyyən irəliləyişlər vardır.
"Dekabrın əvvəlində ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi bir dəyişiklik gözləmək olar mı?" sualına cavabında diplomat: "Mən bu haqda hələ heç nə deyə bilmərəm. Lakin hazırda münaqişənin həlli üçün ciddi danışıqlar gedir. Bu isə çox müsbət haldır",- deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB