Saat 12-də Ermənistan tərəfindən əsir götürülmüş mülki şəxsin təhvil verilməsi prosesi aparılıb

Saat 12-də Ermənistan tərəfindən əsir götürülmüş mülki şəxsin təhvil verilməsi prosesi aparılıb

Bu gün saat 12:00 radələrində Qazax yolunun Balacəfərli kəndinin yaxınlığında Ermənistan tərəfindən əsir götürülmüş mülki şəxsin təhvil verilməsi prosesi gedir. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, təhvil verilmə Qazax-İcəvan yolunun üzərindəki neytral zonada baş tutur: "Bu prosesə mətbuat nümayəndələri buraxılmadığından Balacəfərli kəndində apardığım müşahidələr nəticəsində əsri təhvil almaq üçün Azərbaycan nümayəndə heyəti və Beynəlxalq Qızılxaç Cəmiyyətinin avtomobillərinin keçməsini gördük. Hazırda əsrin yaxınları da Balacəfərli kəndinin yaxınlığında qoyulan postun yanında gözləyirlər.

İlkin ehtimallara görə, təhsil verilən şəxs 47 yaşlı Eldar Tağıyevdir. O, ötən ilin dekabr 28-də Tovuz rayonun Əlibəyli sərhəd kəndi ərazisində balıq tutarkən naməlum şəraitdə əsir düşüb".

Bütün xəbərlər Facebook səhifəmizdə