Namizədliyini irəli sürənlərin sayı 1100 nəfərə çatıb

Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə 2010-cu il noyabrın 7-nə təyin edilmiş seçkilərdə deputatlığa namizədliyini irəli sürənlərin sayı 1100 nəfərə çatıb. SİA-ya bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

 

Sənədlərini dairə seçki komissiyalarında təsdiq etdirən 1100 nəfərdən 1041 nəfəri imza vərəqələrini götürüb. İmza vərəqələrini qaytaranların sayı isə 144 nəfərdir. 19 nəfər isə namizədlikdən imtina edib. Namizədliyi qeydə alınanların sayı isə 35 nəfərdir. Onlar 28 seçki dairəsindən qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə