Əli Həsənov Gəncədə keçirilən sərgidə iştirak edib - FOTOLAR

Sahibkar Qadınların əl işlərindən ibarət sərgi keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, sərgini Prezident Admnistrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, həmçinin şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev izləyib.

Təxminən 3 saat davam edən sərgi qonaqların xüsusi marağına səbəb olub. Milli geyimlərimizin, müxtəlif rəsm əsərlərinin nümayiş olunduğu sərgidə fiziki qüsurlu qadınların da əl işləri staışa çıxarılıb.

Sahibkar Qadınlar İctimai Birliyi tərəfindən təşkil olunan tədbirdə 90-a yaxın sahibkar qadının 100-ə yaxın əl işi nümayiş etdirilib. Məqsəd ailə sahibkarlığını inikşaf etdirmək olub. Bu məqsədlə nümayiş etdirilən məhsullar auksiona çıxarılıb.

Rəsmi statistikaya görə, hazırda Respublikamızda 4 mindən artıq sahibkar qadın var ki, bunların da yarısı Gəncə şəhərində fəaliyyət göstərir.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...