"TRIPP layihəsi Azərbaycanın regional mövqeyini möhkəmləndirir" - ŞƏRH

"TRIPP layihəsi Azərbaycanın regional mövqeyini möhkəmləndirir" - ŞƏRH

"TRIPP layihəsi Cənubi Qafqazın nəqliyyat və kommunikasiya xəritəsini yenidən formalaşdıran mühüm strateji addımdır. Bu təşəbbüs Azərbaycanın regionda tranzit və logistika mərkəzi kimi mövqeyini bir neçə əsas istiqamətdə möhkəmləndirir". Bu fikirləri SİA-ya açıqlaması zamanı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, birincisi, Orta Dəhlizin ötürücülük qabiliyyəti artır və beynəlxalq yükdaşımalarda ölkəmizin əhəmiyyəti daha da yüksəlir: "Şərq ilə Qərbi birləşdirən marşrutların şaxələnməsi Azərbaycanı qlobal ticarət xəritəsində etibarlı tranzit qovşağına çevirir.

İkincisi, Naxçıvan Muxtar Respublikasının ölkənin əsas hissəsi ilə birbaşa nəqliyyat əlaqəsinin bərpası milli iqtisadi məkanın bütövlüyünü təmin edir. Eyni zamanda, bu əlaqə regional miqyasda ticarət imkanlarını genişləndirir və iqtisadi fəallığı artırır.

Üçüncüsü, nəqliyyat infrastrukturu ilə yanaşı, enerji və rəqəmsal kommunikasiya xətlərinin inkişafı ölkəmizi geniş bir logistika ekosisteminin mərkəzinə gətirir. Bu isə Azərbaycanın Cənubi Qafqazda geoiqtisadi üstünlüyünü uzunmüddətli və davamlı edir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə