“Bu səfər ‘Bir millət, iki dövlət’ anlayışını bizə daha dərindən yaşatdı” - Türkiyəli tələbə
“Bakıdakı Türk Şəhidliyini ziyarət etmək bizim üçün həm böyük qürur, həm də dərin duyğu anı oldu”.
SİA xəbər verir ki, bu sözləri TİKA-nın İnkişaf Elçiləri Proqramının iştirakçısı, türkiyəli tələbə Məhəmməd Cəmil jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, proqram çərçivəsində Azərbaycanın müxtəlif bölgələrini ziyarət edərək TİKA-nın həyata keçirdiyi layihələrlə yaxından tanış olublar.
Məhəmməd Cəmilin sözlərinə görə, TİKA-nın fəaliyyəti yalnız maddi və texniki dəstəklə məhdudlaşmır, eyni zamanda şəhid ailələrinə, xüsusilə Qarabağ şəhidlərinin ailələrinə, dializ mərkəzlərində müalicə alan insanlara və kənd təsərrüfatı sahəsində çalışan ailələrə dəstək göstərilir.
Türkiyəli tələbə qeyd edib ki, bu layihələri yerində görmək onlarda böyük qürur hissi yaradıb.
O, həmçinin Azərbaycan xalqının qonaqpərvərliyindən də məmnunluğunu ifadə edib: “Hər yerdə bizi səmimiyyətlə qarşıladılar, özümüzü heç bir an yad ölkədə hiss etmədik. Bu səfər bizə ‘Bir millət, iki dövlət’ prinsipinin mahiyyətini daha dərindən anlamaq imkanı verdi”.
Məhəmməd Cəmil sonda Türkiyə ilə Azərbaycanın qardaşlığının daim möhkəm olmasını arzulayaraq hər iki ölkənin birliyinin əbədi davam etməsini diləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB