“Bu gün Azərbaycanın müstəqillik illərinin ən böyük büdcə icrası sənədini müzakirə edirik. 1993-cü ildə Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı ölkənin maliyyə imkanlarının güclənməsinə və regionda aparıcı dövlətə çevrilməsinə şərait yaratdı”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin növbədənkənar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, 2025-ci ildə büdcə xərclərində proqnozla icra arasında 2,8 milyard manat fərq yaranıb: “Bu, xərclərin 38,6 milyard manat icra olunması ilə nəticələnib və ciddi kənarlaşmanı göstərir”.
Vüqar Bayramov qeyd edib ki, elm və səhiyyə sahələrində də az xərcləmələr müşahidə olunub: “Elm xərclərində 30,2 milyon manat, səhiyyədə isə 55,4 milyon manat az icra qeydə alınıb”.
Deputat vurğulayıb ki, bu göstəricilər xərclərin səmərəliliyinin daha dərindən təhlilini zəruri edir.
O bildirib ki, büdcə ili ilə təqvim ilinin eyni olması iqtisadi aktivliyin il boyu balanslı paylanmasına təsir göstərir və bu səbəbdən bəzi ölkələrdə tətbiq olunan fərqli büdcə ili modelinin Azərbaycanda da nəzərdən keçirilməsi məqsədəuyğun ola bilər.
Vüqar Bayramov əlavə edib ki, prioritet xərclərin səmərəlilik meyarları üzrə qiymətləndirilməsi vacibdir və subsidiya mexanizmlərinin iqtisadi təsirləri daha detallı təhlil olunmalıdır.
Deputat qeyd edib ki, kənd təsərrüfatına ayrılan subsidiyaların həcmi nəzərə alınaraq bu vəsaitlərin səmərəliliyinin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
O həmçinin bildirib ki, büdcə icrası hesabatlarında xərclərin gender, yaşıl iqtisadiyyat və digər meyarlar üzrə qruplaşdırılması beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB