"Qəzza üzərindən Azərbaycanı təcrid etməyə çalışanlara əsla güzəştə getmərik" - ŞƏRH
“Prezident İlham Əliyev müsahibəsində Qəzzada baş verən toqquşmalardan sonra yaradılması təklif olunan “Qəzza Sabitlik Gücü”nə Azərbaycan tərəfindən hərbçi göndərilməyəcəyini qəti şəkildə bəyan edib. Dövlət başçısı vurğulayıb ki, “Qəzza da daxil olmaqla, sərhədlərimizdən kənarda sülhməramlı əməliyyatlara əsgər göndərməyi düşünmürük” və Azərbaycan əsgərinin həyatının “kimlərinsə xətrinə görə” riskə atılmayacağını bildirib. O, eyni zamanda Azərbaycanın ən çətin dövrlərində öz taleyinə buraxıldığını və onu qoruyan heç kimin olmadığını da xatırladıb”. Bu sözləri SİA-ya açıqlamasında TÜRKBİRKON-un (Türk Dünyası və Beynəlxalq İş Dünyası Konfederasiyası) Baş sədri Hakan Aktürk deyib.
O bildirib ki, bu açıqlamalar xüsusilə Türkiyə və İslam dünyasında müxtəlif reaksiyalar doğurub:
“İsrailmi, Türkiyəmi? Əgər Prezident İlham Əliyevin “biriləri” ifadəsi Türkiyəyə yönəlmiş bir mesaj kimi təqdim edilməyə çalışılırsa, bu ssenarini quran Amerika özü düşünsün.
Tarix İsrailə həddindən artıq yaxın mövqe tutan liderlərin uzunmüddətli perspektivdə zərər gördüyünü göstərir. Onun sözlərinə görə, bölgədə bir sıra aktorlar qısamüddətli qazanc naminə İsraillə ittifaqa üstünlük verib, lakin bunun nəticəsində xalq dəstəyini və regional nüfuzunu itiriblər”.
Azərbaycanın İsraillə enerji, müdafiə və kəşfiyyat sahələrində strateji tərəfdaşlığının başadüşülən olduğunu vurğulayan Aktürk, Qəzza kimi simvolik bir məsələdə səssizlik və ya neytral mövqenin İslam dünyasında təcrid riski yarada biləcəyini qeyd edib.
O, eyni zamanda bildirib ki, qısamüddətli dövrdə neft və silah ticarəti davam etsə də, uzunmüddətdə Türkiyə kimi güclü müttəfiqlərlə münasibətlərin zədələnəcəyi görüntüsünün yaradılmasına baxmayaraq, reallıq tam fərqlidir. Türkiyə–Azərbaycan qardaşlığının tarixi bu cür fitnə və ayrılıqlara əsla imkan vermir.
Aktürk vurğulayıb ki, məsələ Türkiyə olarsa, nə Prezident İlham Əliyev, nə də Azərbaycan xalqı buna laqeyd qala bilməz və canı ilə, qanı ilə Türkiyənin yanında olar. Onun fikrincə, Prezident İlham Əliyevin açıqlamalarını düzgün oxumaq və provokasiyalara uymamaq son dərəcə vacibdir. Bu mövqe Azərbaycanın mürəkkəb regional şəraitdə müstəqil və ehtiyatlı xarici siyasət xətti apardığını göstərir.
Türkiyə tərəfinə toxunan Aktürk qeyd edib ki, Türkiyə Respublikası öz gücünü və verdiyi qərarları başqa ölkələrin hərbi potensialından almır. Bölgədə lider mövqedə olan Türkiyə qərarlarını strateji əsaslarla verir və addımlarını buna uyğun atır – Suriyada həyata keçirilən əməliyyatlarda olduğu kimi.
Sonda Aktürk Azərbaycan Prezidenti İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur” fikrinin xüsusi önəm daşıdığını vurğulayıb.
“Azərbaycan bizim qırmızı xəttimiz və ən həssas nöqtəmizdir. Bu cür ayrılıqlara heç vaxt icazə vermərik. Türkiyə söz mövzusu olarsa, Azərbaycan dövləti və xalqı bizimlə çiyin-çiyinə dayanaraq tarix yazar. Bu məsələ Türkiyənin milli təhlükəsizliyi məsələsi deyil. Biz artıq “iki dövlət, bir millət” ifadəsindən də irəliyik – eyni can, eyni qan, eyni ürək daşıyırıq. Qəzza üzərindən Azərbaycanı təcrid etməyə çalışanlara əsla güzəştə getmərik,” – deyə Aktürk bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB