"Əlaqələndirmə Qərargahı 5 ildə işini uğurla həyata keçirib" - ŞƏRH

"Ermənistan işğal zamanı mədəni və tarixi irsimizi dağıtmaq yolunda əlindən gələni əsirgəmədi". Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, məqsəd torpaqlarımızdan Azərbaycan adının silinməsi, türkün nəfəsinin kəsilməsi idi. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə tamamilə yeni reallıq formalaşdırdı. Bu reallıqda Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, torpaqlara yeni nəfəs bəxş edilir. Bərpa və quruculu işində hər bir abidəyə, yeni tikiliyə düzgün qulluq metodologiyası tətbiq edilir. Görülən işlər zamanı hərtərəfli ciddi seçim aparılır. Proses hər bir tarixi tikilinin hansı vəziyyətdə olduğundan və inkişaf mərhələlərindən asılı olsa da uğurla həyata keçirilir. Önəmli olan amil odur ki, Azərbaycan dövləti və cəmiyyəti bərpa-quruculuq işində də həmrəydir. İlk vaxtda bu dağıntıları necə bərpa etmək və qorumaq kimi çətinliklərlə üzləşsək də dərhal təşkil edilən koordinasiyalı iş nəticəsində bütün bu çətin tapşırıqların öhdəsindən gəlmək üçün əzm və müvəfəqiyyət nümayiş etdirdik.

Əlaqələndirmə Qərargahının rəhbəri hörmətli Samir Nuriyevin sədrliyi ilə Zəngilan şəhərində Qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclas zamanı da ilkin olaraq bildirildiyi kimi bütün işlər şəxsən cənab Prezident İlham Əliyevin rəhbərliyi altında və göstərişi ilə icra olunur. Hər bir xırda detal belə dövlət başçımızın diqqətindədir. Burada xüsusi amillərdən biri ondan ibarətdir ki, bütövlükdə bərpa-quruculuq işində yerli əhalinin fikri, baxışları da nəzərə alınır. Əlaqələndirmə Qərargahı çərçivəsində “Böyük Qayıdış” Proqramının icrası istiqamətində bütün dövlət qurumlarımız səfərbər vəziyyətdədirr. Müharibədən sonra hər bir qarış torpağı qurmağın başlanğıc nöqtələri və seçilmiş rekonstruksiya metodları geniş müzakirə olunur. Həyata keçirilən layihələr bölgənin inkişaf mənzərəsini fundamental ölçüdə dəyişib. Məhz bu nəticə nümayiş etdirilən yanaşma ilə də, əyani statistik fiqurlarla da özünü sübut edir. Bir tərəfdə dövlət başçımızın xarici siyasət kursu, xarici səfərləri, digər regionlarımızın inkişafı, digər tərəfdən də Müzəffər Ali Baş Komandanımızın beş il ərzində 569 tədbirdə iştirak etməsi torpağa, yurda bağlılığı bir daha nümayiş etdirir. Bölgənin bərpası və inkişafı dövlət başçımızın gündəlik nəzarətində olan məsələdir. Habelə, müxtəlif təyinatlı 177 layihənin təməlinin qoyulması, 167 obyektin və infrastruktur layihəsinin açılışının edilməsi də bu diqqət və qayğının növbəti əyani sübutudur. Qürurverici məqam odur ki, sıx qrafik şəraitində bu işləri həyata keçirən dövlət başçımız, digər yandan da mövcud təcrübəmizi dünyaya çıxardır. Bütün tribunalardan, Birləşmiş Millətlər Təşkilatı kürsüsündən dünyaya bu təcrübəmizi təqdim edirik, nümunəvi fəaliyyət planı ortaya qoyuruq. Həyata keçirilən işlər sistematik formada, templi şəkildə tətbiq edilməklə yanaşı, post-müharibə dövründə bərpa işləri üzrə dünyada qəbul edilən əsas yanaşmalar olaraq insan coğrafiyasının sosial, iqtisadi və siyasi vəziyyətinə. milli səviyyədən tutmuş fərdi şəhər və icmaların miqyasına qədər müxtəlif məkan amillərinə də nəzərə yetirilir.

Minatəmizləmə işində dövlət başçımızın hər zaman çağırış etdiyi dövlət və özəl tərəfdaşlığın əməli fəaliyyətinin şahidiyik ki, bu da özünü 240 min hektardan çox ərazinin mina və partlamamış hərbi sursatdan təmizlənməsində, 3 beynəlxalq hava limanının istifadəyə verilməsində, tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sının tam, 1-inin isə qismən icra edilməsində göstərir. Beş ilə bu qədər geniş işlərin görülməsi baxımından nəzər yetirdiyimiz zaman elə də böyük müddət deyil. Bu nəticə isə heç də təsadüfi olmayan gərgin iş rejiminin, zəhmətin nəticəsidir.

Dünya praktikasında müharibədən sonra yenidənqurma işində resursların çatışmazlığı, hava şəraiti kimi bəzi amillər bəzən uğurlu bərpa perspektivlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırsa da Azərbaycan bu məsələdə də olduqca tədbirli davranır. Dövlətimiz bütün riskləri düzgün hesablayaraq hər birindən sığortalanmışdır. Materialların və işçi qüvvəsinin tədarükündə heç bir çətinliklər baş vermədən bərpanı xeyli sürətləndirmişdir.

Qarabağ və Şərqi Zəngəzurun bərpasında dövlətimiz qədər, özəl sektor, cəmiyyətimiz də maraqlıdır. Məhz bu maraqlı tərəflərin səylərinin Əlaqələndirmə Mərkəzi tərəfindən düzgün cəmləşdirilib, istiqamətləndirilməsinin nəticəsidir ki, bərpa-quruculuq işləri tək mərkəzdən idarə olunur. Qeyd edildiyi kimi Böyük Qayıdışın bundan sonra da uğurlu davamı üçün görülən işlər koordinasiyalı şəkildə həyata keçiriməli, innovativ üsul və metodlar tətbiq edilməklə yanaşı, həm də şəffaflıq prinsipləri birinci sırada qərarlaşmalıdır.

Burada tikinti sənayesində yenidənqurma potensialının artırılması qədər, nəqliyyat şəbəkəsinin gücləndirilməsi, bazar mexanizmlərinin yenidən qurulması, habelə ətraf mühitə zərər vurulmaması istiqamətində mülahizə və mexanizmlərin də nəzərə alınaraq ümumi planlaşdırmaya daxil edilməsi vacib amillərdir ki, hər bir detala xüsusi həssaslıqla yanaşılır. Buna görə də “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı”, 8 şəhərin Baş planı, 3 şəhərin isə Müfəssəl planı təsdiqlənmiş, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları da işlənilmə mərhələsindədir.

Qazma işləri, körpü və viaduk tikintiləri uğurla sona çatdırılıb, su elektrik stansiyası, su anbarları, elektrik yarımstansiyası artıq istismara buraxılıb. Habelə magistral qaz xəttləri, yüksək gərginlikli elektrik verilişi xətləri çəkilib. Şəhərlər, kəndlər və qəsəbələr qazla təmin olunub. Xəstəxana, təhsil müəssisəsilərinin artıq istiafədəyə verilməsi, Xankəndi şəhərində Qarabağ Universitetinin fəaliyyətə başlaması bölgənin tam dirçəldilməsi və məskunlaşması üçün dövlətimizin lazım olan heç nədən çəkinmədiyini göstərir. 5 il ərzində Əlaqələndirmə Qərargahı strukturların, təcrübələrin və qarşılıqlı əlaqələrin transformasiyasını uğurla həyata keçirməyə nail olmuşdur.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə