“ABŞ-Rusiya arasında münasibətlər gərgin olaraq qalır” - ŞƏRH OLUNDU

“Bugün ABŞ və Rusiya arasında münasibətlər gərgin olaraq qalmaqdadır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna arasında işğalçı müharibəsi ona gətirib-çıxardıb ki, kollektiv Qərb Rusiya ilə əməkdaşlardan imtina edir və 2022-ci ilin 24 fevralından itibarən Rusiyaya qarşı kütləvi iqtisadi sanksiyalar, məhdudiyyətlər tədbiq olunub. Əgər əvvəlki ABŞ-nın prezidenti Bayden Ukraynaya hər tərəfli yardım göstərirsə, Donald Tramp bugün fərqli mövqeni bölüşür və Tramp üçün prioritetlər bir qədər fərqlidir. Lakin zaman keçdikcə daha çox Ukraynanın dəstəklənməsi və Rusiyanın izolasiyası siyasəti yürüdülür. Baxmayaraq ki, ABŞ-nın prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında münaqişənin, müharibənin nizamlanmasında maraqlıdır:

“Məsələnin həll edilməməsi ABŞ-nın Rusiyaya qarşı münasibətlərinin daha da sərtləşməsinə gətirib-çıxardır. Həmas və İsrail arasında razılığın əldə olunması, saxlanılan şəxslərin dəyişdirilməsi və sülh haqqında yekun fikrin və qənaətin ortaya gəlməsi belə bir ümid yaradır ki, daha çox Dünya Birliyinin diqqəti Rusiya-Ukrayna müharibəsinin nizamlanmasına yönələcək. Şübhəsiz ki, bütün müharibələr, danışıqlar masası arxasında bitir və Rusiya-Ukrayna müharibəsinin də bitməsi böyük coğrafiyada əməkdaşlığa, iqtisadi rifaha və təhlükəsizlik sisteminin güclənməsinə xidmət edəcək”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə