"Ermənistanda daxili qarşıdurmaların daha da kəskinləşdiyi müşahidə olunmaqdadır. Paşinyanın Il Qareginin timsalında erməni Qriqoryan kilsəsinə açdığı dava həlledici fazaya daxil olub. Məlumdur ki, Paşinyan və kilsə arasında olan gərgin münasibətlər bir neçə ildir ki, davam edir. Hələ Paşinyanın hakimiyyət uğrunda mübarizəyə başladığı vaxtlardan Sarkisyan hakimiyyətini müdafiə edən kilsə rəhbərləri onun hakimiyəyə gəlişi ilə bir müddət sakit dayansalar da, sonradan Paşinyan əleyhinə açıq mübarizəyə start verdilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, Paşinyana qarşı birləşən qüvvələr, yəni siyasi müxalifətlə kilsənin məqsədi təbii ki, mövcud hakimiyyətin dəyişilməsindən ibarətdir. Həm kilsənin, həm də siyasi müxalifətin eyni mərkəzdən, yəni Rusiyadan idarə olunması Paşinyan əlyehinə fəaliyyətin Kremlin sifariinə uyğun olaraq həyata keçirildiyini təsdiqləyir: "Paşinyan da bütün bunların fəqrindədir. Və kifayət qədər yaxşı bilir ki, qarşıdan gələn seçkilərdə kilsə və siyasi müxalifətin birliyi hakimiyyət üçün baş ağrısına çevrilə bilər. Odur ki, indi bütün imkanları ilə kilsəni neytrallaşdırmaq və onların siyasi müxalifətə dəstəyini kəsmək üçün konkret addımlar atır.
Keçən dövr kilsənin bütün çabalarına baxmayaraq Paşinyan hakimiyyəti əleyhinə geniş kütləni səfərbər etməyin mümkün olmadığını göstərsə də erməni ictimai şüurunda kilsənin xüsusi yer tutması bir həqiqətdir. Odur ki, Paşinyan üçün qarşıdakı seçkilərə qədər kilsə ilə haqq-hesabı çürütmək olduqca vacibdir. Əgər kilsəni prosseslərdən neytrallaşdırmaq mümkün olsa, o zaman müxalifət üzərində qələbə də daha rahat şəkildə təmin oluna bilər.
Kilsənin neytrallaşdırılması istiqamətində fəaliyyətin nə qədər uğurlu olacağını təbii ki, zaman göstərəcək. Amma bu prossesdə etirazçıların həbsi də daxil olmaqla bütün mümkün vasitələrdən istifadə ediləcəyi şübhəsizdir. Bu təbii ki, Ermənistan daxilində müəyyən parçalanmaya da yol aça bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə