"Zelenski axtardığı təhlükəsizlik zəmanətlərini Avropada da tapa bilmədi" - ŞƏRH EDİLDİ
"Ağ Evdə Zelenski-Tramp görüşməsindən sonra bir çox dəyərlər, o cümlədən hüquq ilə bağlı olan, diplomatiya ilə bağlı olan dəyərlər bir növ dəyərsizləşdirildi". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, nəticədə bugünkü beynəlxalq münasibətlər sisteminin və dövlətlərarası münasibətlərin yenilənməyə nə qədər ehtiyacı olduğu üzə çıxdı: "Belə halda, əlbəttə ki, ərazisi işğal olunmuş bir ölkənin prezidenti kimi Zelenskinin öz olkəsinə maraqlarını müdafiə etmək üçün başqa ünvanlara üz tutması vacibliyi yaranmışdır. O da, şübhəsiz ki, Avropanı seçdi. Amma düşünürəm ki, geniş mənada avro-atlantika siyasəti ortaq dəyərlərdən, ortaq siyasi təfəkkürdən gəldiyi üçün Zelenski axtardığı təhlükəsizlik zəmanətlərini Avropada da tapa bilmədi. Ona görə də yenidən, yəqin ki, ABŞ-a üz tutmalı olacaq. Hər şeydən öncə mənə elə gəlir ki, beynəlxalq münasibətlər sistemində yaşanan böhrandır. Çünki elə bu hadisənin özü göstərir ki, nə qədər çoxqütblü dünya nizamı qurulmayıb, bir o qədər də haqların və hüquqların qorunması çətinləşəcəkdir. Nə qədər ki, beynəlxalq hüquq və BMT nizamnaməsi sadəcə beş dövlətin istismarındadır, bir o qədər də digər ölkələr beynəlxalq qurum tədqiqi baxımından çox əziyyət çəkəcəklər. Necə ki, biz Azərbaycan olaraq öz təcrübəmizdə 30 ildən çox bir dövrdə bunu yaşadıq. Ona görə də Şuşada keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidenti dünya nizamında türk dövlətləri təşkilatlarını yeni güc mərkəzi kimi göstərdi.
Düşünürəm ki, bu istiqamətdə də çox fundamental addımlar atılır. Bu məsələnin bir tərəfi, yeni dünya nizami kontekstində isə İslam Əməkdaşlığı Təşkilatına üzv olan ölkələrin, yəni İslam Əməkdaşlığı Təşkilatının da milli təhlükəsizlik şurasına daxil olması məsələsi qoyulub. Bu, əslində bugünkü böhranın ABŞ-ın aval sarayında yaşanan böhranın əvvəlcədən görülməsi idi. Biz gördük ki, doğrudan da, nə qədər boşluqlar var. Ona görə də düşünürəm ki, artıq bir tükənmişlik sindromu var. Rusiya-Ukrayna arasında olan müharibədə, şübhəsiz ki, Ukrayna da, Rusiya da tükənir. Bunlar nə qədər ağır şərtlərdə olursa-olsun sülh lazımdır. Görünür, önümüzdəki mərhələdə Zelenskinin yenidən Tramp ilə görüşməsi bunun yeganə çarəsi kimi olacaqdır. Çünki Avropada Zelenskiyə ünvan olaraq, problemin həlli ünvanı olaraq yenidən ABŞ-ı göstərirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə