"Çünki partiyaların sayı artıb" - Fazil Mustafa

"Siyasi partiyaların maliyyələşməsində daha optimal yol tapılmalıdır". SİA xəbər verir ki, bu sözləri parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.

Onun sözlərinə görə, siyasi partiyalara bölüşdürülən vəsaitin mexanizminə baxmaq lazımdır: “Çünki partiyaların sayı artıb. Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır. Bunun mexanizmini tapmaq lazımdır ki, vəsaitlərin partiyalar arasında bölüşdürülməsi narahatlıq doğurmasın”.

Bütün xəbərlər Facebook səhifəmizdə