Əli Kərimlinin Anar Məmmədli ilə qrant şəriki olduğu üzə çıxır ANALİZ

Hər bir seçki ictimaiyyətin öz taleyinə nə dərəcə önəm verdiyini, cəmiyyətdə demokratik proseslərin hansı səviyyədə olduğunu nümayiş etdirən hadisədir. Həm də seçki marafonu zamanı siyasi partiyaların gücünün və imkanlarının nədən ibarət olduğunu görmək olur. Ortada olan faktlara istinadən demək olar ki, 1993-cü ildən bu günə qədər keçirilən bütün seçki imtahanlarından üzüqara çxıb. Çünki dağıdıcı müxalifət dövlətçiliyə qarşı qərəzli mövqe sərgiləyib. Əksər hallarda xalqın heysiyyatına toxunan, milli maraqlara qarşı yönələn fəaliyyət göstərib. Bu baxımdan xalq Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli və bu kimi digər vay-şüvənlikdən başqa bir işə yaramayan məxluqları cəzalandırıb. Bundan sonra da onlar üçün məğlubiyyətlər qaçılmazdır, ən az indiki dağıdıcı siyasi kurslarını dəyişməsələr. Lakin boyunlarına yüklədikləri sifarişli şələnin yerə qoyacaqları inandırıcı deyil. Çünki onların dolanışıqları məhz boyunlarında gəzdirdikləri yüklərdən çıxır. Bu isə bir daha onu deməyə əsas verir ki, keçirilməsi planlaşdırılan parlament seçkilərində də AXCP, Milli Şura kimi qurumlar ənənəvi məğlubiyyət acısını yenidən yaşamalı olacaqlar. Artıq dağıdıcı müxalif şəxslər də gözlənilən fəlakətin ağırlığını dərk edirlər. Ona görə də, Əli Kərimli, Cəmil Həsənli və onların ətrafında dolaşan trollar parlament seçkiləri ilə bağlı dezinformasiya xarakterli məlumatlar paylaşırlar. Ə.Kərimli qeyd edir ki, parlament seçkilərinin COP29-dan öncə keçirilməsi siyasi partiyaların və seçkiyə qatılmaq niyyətində olan şəxsləri çətin vəziyyətə salmağa hesablanıb. Ə.Kərimli həm də iddia edir ki, guya "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin (SMDTM) rəhbəri Anar Məmmədlinin həbs olunması parlament seçkilərinin gedişi və nəticələri barədə aydın və şəffaf nəticələrin əldə olunub yayılmasına problemlər yaradacaq.

Əli Kərimli və cəbhəçi trollar, COP29-dan sizə nə?

Əvvəla onu qeyd etmək lazımdır ki, CO29-un yüksək səviyyədə keçirilməsi üçün dövlətimiz lazım olan hər şeyi edir. Əminliklə demək olar ki, noyabr ayında keçiriləcək COP29 konfransı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi və həyata keçirilməsi baxımından yaddaqalan konfrans olacaq. Təbii ki, ölkəmizə gələcək qonaqlar konfransın təşkilindən, şəhərlərimizin gözəlliyindən, insanlarımızın qonaqpərvərliyindən də razı qalacaqlar. Bu halda sual edilir, Əli Kərimli və cəbhəçi trollar, COP29-dan sizə nə? Siz ki, bu konfransın təşkil edilməsində iştirak etmirsiniz. Parlament seçkilərində məğlubiyyətinizi COP29-la əlaqələndirirsinizsə, bu sizlərin dayaz düşüncəyə və ağıla malik olmağınızdan irəli gəlir. "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin (SMDTM) rəhbəri Anar Məmmədlinin həbs olunması isə qanunun tələbidir. Ölkəmizdə heç kimə qanundankənar addımlar atmasına imkan verilə bilməz. Səbəbsiz yerə deyilməyir ki, "Qanun şahdır, şah qanun şah deyil".

Anar Məmmədli cinayətkar əməlini etiraf edirsə...

Qanunlar kimisə cəzalandırmaq üçün qəbul edilmir. Sadəcə, qanunvericilik aktları insanları cinayətdən çəkindirmək üçün qəbul olunur. Fakt ondan ibarətdir ki, cinayət törədən şəxs müəyyən müddətə həbsdə yatıb. Azadlığa çıxdıqdan sonra cəmiyyətin inkişafında fəallıq göstərir, çalışır ki, özünə və insanlara xeyir versin və buna da qismən də olsa nail olur. Təəssüflər olsun, elələri də olur ki, təkrar cinayətə meyil edirlər. Belə hallara daha çox müəyyən yerli və xarici qüvvələrin təsiri altında olan şəxslər sırasında qeydə alınır. "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin (SMDTM) rəhbəri Anar Məmmədlinin təkrar eyni cinayəti törətməsi qeyd olunanlara misal ola bilər. Bu, o A.Məmmədlidir ki, xarici fondlardan aldığı qrantlar hesabına seçkilərdə müəyyən məzhəkələr qurub, şoular yaradıb, təxribat xarakterli hərəkətlərə yol verib. Dəfələrlə ona xəbərdarlıq edilsə də, nəticəsi olmayıb. Nəhayət, 2014-cü ildə cinayət əməlinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu dəfə də ona qarşı xeyirxahlıq və humanistlik göstərilib, amnistiya qərarı ilə o, azadlığına qovuşub. Gözləmək olardı ki, A.Məmmədli səhvlərindən nəticə çıxaracaq və cəmiyyətin layiqli vətəndaşı olmağa çalışacaq. Lakin Əli Kərimlinin fətvası ilə A.Məmmədli əməllərini yenidən davam etdirdi. Əsaslı olaraq da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. A.Məmmədli barəsində Xətai Rayon Məhkəməsinin 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərarından verilmiş apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsi təmin etməyib. Verilən məlumata görə, məhkəmə də A. Məmmədli törətdiyi cinayət əməlini etiraf edib və ona yenidən şans verilməsini istəyib. Təbii ki, məhkəmə onun xahişini araşdırmaları ilə münasibət bildirəcək. Hələlik isə onu vurğulamaq lazımdır ki, A.Məmmədli səhv yolda olduğunu, Ə.Kərimli kimilərin şirnikləndirici vədlərinin qurbanı olacağını əvvəlcədən bilməli idi. Yəni, 2001-ci ildə "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi" adlı qondarma qurumu təsis edib, məram və məqsədlərini anlamayan bir neçə gənci başına toplayıb, hər seçki ərəfəsi və seçkilər zamanı aldığı qrantların qarşılığında sosial şəbəkələrdə qarayaxma kampaniyası aparan zaman bunun sonunun heç də ürəkaçan olmayacağını bilməli idi. Faktlar göstərir ki, 2001-ci ildən Azərbaycanda keçirilən parlament, bələdiyyə, prezident seçkiləri və referendumla bağlı mənfi hesabatlar SMM-ə məxsus olub. Seçki keçirilməyən dövrlərdə isə A.Məmmədli Gəncə, Sumqayıt, Beyləqan, Mingəçevir, Göyçay, Quba, Cəlilabad, Şəki və Naxçıvanda SMM-nin "filial" və "nümayəndəliklər"ini yaradaraq, gənclərə öz zəhərli təbliğat vasitələrini çatdırmağa çalışıb. Bu işdə ona Ə.Kərimli şəxsən yardımçı olub. Bu dəstəyin qarşılığında A.Məmmədli Ə.Kərimlinin və xarici məkrli dairələrin göstərişlərinə uyğun olaraq seçkilərlə bağlı mənfi hesabatlar hazırlamaqla yanaşı, həm qrant pullarının AXCP-yə çatdırılması işini görüb. 100 min dollarlıq qrantın 97 min dollarının Əli Kərimliyə çatmasının Məmmədlinin təşkilatında işləyən əməkdaşları tərəfindən narazılığa səbəb olduğu haqda məlumatlar var. 2008-ci ildə Anar Məmmədlinin rəhbərlik etdiyi SMM-də qrantların qeyri-şəffaf xərclənməsi və vergidən yayınması faktı ortaya çıxdı. Buna görə təşkilatın dövlət qeydiyyatı ləğv olundu. Faktlara görə, Məmmədli təşkilatının adına aldığı qrantları fiziki şəxs kimi sənədləşdirərək, vergidən yayınırdı. SMM-nin ləğvindən sonra Məmmədli ad dəyişikliyinə gedərək, "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"ni (SMDTM) yaratdı. Bu, həm fəaliyyətini davam etdirməyə hesablanmışdı, həm də seçkilərin keçirilmədiyi dövrlərdə "demokratiyanın tədrisi" adı altında daha çox qrant layihəsinin əldə edilməsinə. Məmmədli qanunun "radarına" düşsə də, qeyri-qanuni fəaliyyətindən əl çəkmədi. 2008-2013-cü illərdə SMDTM adı ilə aldığı qrantları yenə "fiziki şəxs" kimi rəsmiləşdirirdi. Məlumatlara görə, 5 il ərzində Məmmədlinin fiziki şəxs kimi yaratdığı bank hesabına 480 min dollar vəsait daxil olub. Bununla yanaşı, o, qrant layihələrini fərqli təşkilatların adından icra etmək fəndinə də əl atmışdı. Bu məqsədlə SMDTM-i Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi (KBƏİB) və Demokratik Jurnalistika Məktəbi (DJM) ilə birləşdirmişdi. A.Məmmədli aldığı qrantlar hesabına maddi imkanları genişləndikcə daha geniş şəbəkə qurmağa həvəslənmişdir. Xüsusilə də o ölkədə ictimai siyasi sabitliyi pozmasında fəallıq göstərməyə cəhdlər göstərib. Bu arada A.Məmmədlinin fəaliyyətində qanun pozuntuları aşkar edildiyi üçün o, 2014-cü ildə həbs edildi, iki il sonra – 2016-cı ildə Prezidentin əfv sərəncamı ilə azadlığa çıxdı. Və Qərb dairələrinin tapşırıqlarının yerinə yetirilməsi, qrant qaçaqmalçılığı işini qaldığı yerdən davam etdirməyə başladı. 2018-ci il prezident, 2019-cu il bələdiyyə və 2020-ci il parlament seçkilərində dövlət qeydiyyatı olmayan SMDTM mənfi hesabatların hazırlanması işini "layiqincə" yerinə yetirdi. Və çox maraqlıdır ki, Qərb dairələri dövlət qeydiyyatı olmayan bu təşkilatı "alternativ mənbə" kimi qəbul edir. Təkcə bu məqam A.Məmmədlinin Azərbaycanda "təsir agenti" kimi əsas missiyasının nədən ibarət olduğunu anlamağa imkan verir. Təsadüfi deyil ki, Məmmədlinin rəhbərlik etdiyi təşkilat fəaliyyəti dövründə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və Avropa Şurası Parlament Assambleyasının tədbirlərində əsas iştirakçılardan biri olub, eləcə də Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsi (ENEMO), Demokratik Seçkilər üzrə Avropa Platforması (EPDE) və ATƏT-in DTİHB-nin müşahidə missiyalarının tərkibində müxtəlif ölkələrdə seçki müşahidəçiliyini həyata keçirib. Bu, SMDTM-nin "beynəlxalq nüfuzlu" təşkilata çevrilməsi və Azərbaycandakı seçkilərlə bağlı hazırladığı mənfi, qərəzli hesabatlara istinadın legitimləşdirilməsi məqsədi daşıyır. A.Məmmədlinin sonuncu missiyası 2024-cü ilin 7 fevral prezident seçkilərində təxribatların törədilməsi idi. O azad və demokratik şərait də keçirilən seçkilərlə bağlı fəal qarayaxma kampaniyası həyata keçirib. Bu "xidmətlər"inə görə Qərbin donor təşkilatlarından 350 min manat qrant əldə edib, seçki günü isə cəmi 15-20 nəfərlik qrup yaradaraq, ayrılan vəsaiti mənimsəyib. Söz yox ki, qanunlar onun cinayət əməlinə göz yuma bilməzdi. İstintaq orqanları araşdırmalarla A.Məmmədlinin cinayət əməllərini sübuta yetirdi və o həbs olundu. Bununla da həm Qərbin məkrli dairələri həm də Ə.Kərimli ifşa olundular. Söz yox ki, məhkəmə araşdırması ilə A.Məmmədli ilə Ə.Kərimlinin iş birliyi də sübuta yetiriləcək.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə