Qırğızıstanda daşqın can aldı!

Qırğızıstanda leysan yağışların yaratdığı seldə 5 nəfər həyatını itirib, itkin düşən 2 nəfərin axtarışları davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qırğızıstanın Oş vilayətinin Nookat rayonunun Abşir-Ata kəndində leysan yağışları daşqınlara səbəb olub.

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada Şəran-Say çayının daşması nəticəsində 1 körpünün və 10 elektrik xəttinin dağıldığı, 7 evin su altında qaldığı bildirilib. Açıqlamada deyilir: "Çayın daşması nəticəsində sahildə olan 7 nəfəri sel suları aparıb, 5 nəfərin cəsədi tapılıb, 2 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir".

Bildirilib ki, 127 nəfər axtarış-xilasetmə heyəti yük maşınları və ekskavatorlarla işlərini davam etdirir. Daşqın zonasında qalan yüzlərlə insanın hələ də təhlükəsiz yerlərə təxliyə edildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə