Qaxda ağır yol qəzası olub, ölənlər var

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Əmbərçay kəndində qeydə alınıb.

“Ford” və “VAZ-21015” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadaları cəlb edilib. Xəsarət alanlar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə