Ölkənin milli borcu artmaqda davam edir...

Fransa parlamentinin buraxılması onun iqtisadiyyatına zərbə vurmaq təhlükəsi yaradır

...Makronun parlamenti buraxmaq qərarı onun iqtisadi vəziyyətinə zərbə vura bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Le Figaro” yazır. Ölkənin milli borcu isə artmaqda davam edir.

Böyük ehtimalla, Avropa İttifaqı ölkəni həddindən artıq büdcə kəsirinə görə cəzalandıracaq. Qeyd edək ki, 2024-cü ilin birinci rübündə ölkənin dövlət borcu ÜDM-in 110,7 faizinə yüksəlib və halbuki bu ötən ilin sonunda 109,9 faiz idi.

Bir neçə həftə əvvəl Brüsselə Fransa iqtisadiyyatının sabitliyini qorumaq proqramı göndərilib, ona əsasən ilin sonuna dövlət borcu 5,1 faiz kəsirlə ÜDM-in 112,3 faizini təşkil etməlidir. Bu cür göstəricilər biznes fəallığının 1 faiz artımını və büdcəyə 20 milyard avro qənaət etməyi tələb edir. Lakin erkən seçkilər bu planları pozmaq təhlükəsi yaradır.

...Oddo Bankın baş iqtisadçısı Bruno Cavallier bildirib ki, bu siyasi qeyri-müəyyənlik gözləmə və gör yanaşmasına, investisiya və ya işə qəbul qərarlarının təxirə salınmasına səbəb ola bilər.

Bundan əlavə, maliyyə şərtləri daha da pisləşəcək: dövlət istiqrazları üzrə risk mükafatı bir neçə gün ərzində 50-dən 80 baza bəndinə yüksəlib ki, bu da tədricən özəl kreditləşməyə təsir göstərir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə