Kurban Berdıyevin daha bir köməkçisi müəyyənləşdi

"Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdıyevin daha bir köməkçisi bəlli olub. Cavid Hüseynov tatarıstanlı çalışdırıcının texniki heyətində yer alacaq.

“Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdıyevin daha bir köməkçisi bəlli olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Cavid Hüseynov tatarıstanlı çalışdırıcının texniki heyətində yer alacaq.

Hüseynov son olaraq “Cəbrayıl” komandasının baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında I Liqaya vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl Yevgeni Şetinin Kurban Berdıyevin köməkçisi təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə