"Asiya uşaqları" beynəlxalq yarışında Azərbaycanın qadın güləşçiləri 3 medal qazanıb

Saxa Respublikasının Yakutiya şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında Azərbaycanın qadın güləşçiləri 3 medal qazanıb. SİA xəbər verir ki, Rəna Nuriyeva (54 kq) gümüş, Gülnar Ağadadaşova (39 kq) və Simura Abdullayeva (62 kq) bürünc medal qazanıblar.

Oyunlarda güləş yarışları iyulun 2-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə