Nigeriyanın şimal-şərqində törədilən çoxsaylı partlayışlar nəticəsində azı 18 nəfər ölüb, 30 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə “Reuters” yerli fövqəladə hallar idarəsinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, partlayışlar ölkənin şimal-şərqindəki Borno ştatında baş verib.

Ehtimallara görə, buna kamikadzelərin bombaları partlatması səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə