Mask Baydenin debatdakı çıxışını məsxərəyə qoyub

Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask ABŞ prezidenti Cozef Baydenin keçmiş Amerika lideri Donald Trampla debatdakı çıxışını ələ salıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İ. Mask “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Baydeni debatın qalibi elan edən Demokrat Partiyasının paylaşımına cavab olaraq amerikalı milyarder “Çox gülməlidir” şərhini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə