Bayden ABŞ prezidenti kimi fəaliyyətini yüksək qiymətləndirib

ABŞ prezidenti Cozef Bayden işinə arxayın olduğunu bildirib.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. O, öz işinin öhdəsindən gələ biləcəyinə bütün qəlbi və canı ilə inanmasa, bir daha prezidentliyə namizəd olmayacağını vurğulayıb.

Baydenin sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkə üçün əsl təhlükədir.

...Bundan əvvəl məlum olmuşdu ki, Demokrat Partiyasının donorları ABŞ prezidenti Cozef Baydenin debatdakı çıxışından sonra namizədin dəyişdirilməsinin zəruri olduğu qənaətinə gəliblər.

Qeyd olunur ki, son debatdan sonra ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evə qayıtmaq üçün favoritdir. ...Bir gün əvvəl məlum olub ki, Ağ Evin hazırkı rəhbəri Cozef Baydenin qohumları və dostları belə bir addımın atılmasının zəruriliyinə qərar verərsə, o, prezidentlik yarışını tərk edəcək.

Qeyd olunur ki, istənilən halda belə bir addım “şok” olardı. Amerika prezidentinin qərarına təsir edə biləcək şəxslərin siyahısına birinci xanım Cil Bayden, onun kiçik bacısı Valeri Bayden və dostu Ted Kaufman daxildir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə