Hyundai BMW 5 Series və Mercedes EQE-yə lüks elektrik rəqibi göstərdi

…Yeni Genesis G80 Electrified modeli Busan avtosalonunda təqdim edilib. Hyundai-nin premium E-class sedanının elektrik versiyası benzin versiyasından sonra modernləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, onun təfərrüatları Cənubi Koreya avtomobil istehsalçısının rəsmi saytında açıqlanıb.

…ICE versiyası kimi, 2024 Genesis G80 elektrik avtomobili də yenidən işlənmiş ön hissəsi ilə tanınır.

Onun yenilənmiş radiator barmaqlığı, qabaq bamperi və faraları var.

Benzin analoqundan fərqli olaraq, yeni Genesis G80 Electrified ölçüləri böyüdülüb. Onun təkər bazası 130 mm (3140 mm-ə qədər), uzunluğu isə 5135 mm-ə qədər artıb. Genesis G80 Electrified-in salonu daha ciddi dəyişikliklərə məruz qalıb - sükan və ön panel dəyişdirilib.

Diaqonalı 27 düym olan geniş iki bölməli displey peyda olub və mərkəzi paneldəki bəzi düymələr toxunuşa həssas edilib.

Əvvəllər olduğu kimi, Genesis G80 Electrified sedan 370 at gücü hasil edən ikimotorlu tam ötürücülü güc aqreqatı ilə təchiz edilmişdir.

100 km/saat sürətlənmə 4,9 saniyə çəkir. Avtomobilin artan ölçüləri 95,4 kVt/saat tutumlu yeni akkumulyatorun quraşdırılmasına imkan verib.

Enerji ehtiyatı 11 faiz artaraq 475 km-ə çatıb.

Avtomobil satışı avqustda başlayacaq və modelin rəqibləri BMW i5 (elektrikli 5 Series) və Mercedes EQE olacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə