Budapeşt yenidən Brüsseli tənqid edib

Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində...

“Avropa İttifaqı (Aİ) tənəzzül edir, Brüssel məmurları kommunistləri xatırladır”.

SİA xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Magyar Nemzet” nəşrinin bugünkü nömrəsində dərc olunan “Xəyanət və yenidənqurma” sərlövhəli məqalədə bildirib.

Orban Avropa siyasətçiləri və məmurlarının ünvanına söylədiyi olduqca tənqidi xarakter daşıyan materialında vurğulayıb ki, Avropa böhran yaşayır, xristian sivilizasiyası isə yox olur.

“Qitənin qlobal iqtisadi çəkisi son otuz ildə dayanmadan və əhəmiyyətli dərəcədə azalıb. Avropa qaydası davamlı terror təhlükəsi və ictimai təhlükəsizliyin pisləşməsi ilə gözümüzün önündə yox olub gedir”, – deyə Macarıstanın hökumət başçısı bildirib.

Qeyd edək ki, Macarıstan iyulun 1-dən Avropa İttifaqı Şurasına altı ay sədrlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə