Sevastopolda səhər hücumu zamanı qurbanların sayı artıb

Sevastopol səhərində raket hücumu qurbanlarının sayı artaraq 4 nəfərə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şəhər qubernatoru Mixail Razvojayev bildirib.

Onun məlumatına görə, partlayış dalğasından 3 fərdi yaşayış binası, 3 yaşayış binasında isə bir neçə mənzilin şüşəsi sınıb. Balaklavada 7 avtomobil, bir motosiklet və iki hava elektrik xətti sıradan çıxıb.

Qeyd edək ki, iyunun 29-da səhər Sevastopolda hava hücumundan müdafiə qüvvələri Ukrayna Silahlı Qüvvələrinin raket hücumunu dəf edib.

Əvvəl üç nəfərin öldüyü bildirilirdi.

...Və həmçinin səhər saatlarında Kursk yaxınlığındakı kəndə pilotsuz təyyarənin hücumu nəticəsində 5 nəfər həlak olub. Dünən gecə Rusiya regionları üzərində ümumilikdə altı pilotsuz təyyarə vurulub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə