3 metrlik qara ilan həyəcana səbəb oldu

Türkiyədə Gezin bölgəsində tikintidə görünən uzunluğu 3 metrdən çox olan ilan panika yaradıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, tikintidə çalışan işçilər uzunluğu 3 metrdən çox olan qara ilanı qıvrılmış vəziyyətdə görüblər. Əvvəlcə hərəkətsiz qalan ilanın üzərinə qum tökərək sağ olub-olmadığını öyrənməyə çalışan fəhlələr nəhəng ilan yerindən tərpənən zaman təlaşa düşüblər. İlan olduğu yerdən tərpənib və sonra gözdən itib.

Bütün xəbərlər Facebook səhifəmizdə