Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan karateçisi Rahib Əzim Xorvatiyanın Poreç şəhərində keçirilən “Karate 1 Liqa” yarışında qızıl medal qazanıb. SİA xəbər verir ki, idmançı 76 kiloqramdan yuxarı çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl Aysu Əliyeva həmin turnirdə bürünc medala sahib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə