Heyli Tramp-Bayden debatlarının nəticələrini şərh edib

...ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli “Wall Street Journal”-a deyib ki, ABŞ prezidenti Cozef Baydenin debatdakı çıxışı fəlakətli olub.

O qeyd edib ki, respublikaçılar daha gənc demokrat namizəd irəli sürməyə hazırlaşmalıdırlar.

Xatırladaq ki, bundan əvvəl Heyli prezident seçkilərində ABŞ-ın 45-ci prezidenti, prezidentliyə namizəd Donald Trampa səs verəcəyini açıqlamışdı.

...Çünki Bayden prezidentlik dövrü ölkə üçün “fəlakət”ə çevrilib.

...Demokratlar ağıllı olacaqlar: daha gənci, enerjisi olan birini, sübut edilmiş birini gətirəcəklər. Respublikaçıların qarşıdan gələnlərə hazırlaşma vaxtıdır.

Heyli xəbərdarlıq edib.

Onun fikrincə, demokratlar Baydeni yarışdan kənarlaşdırmasalar, çox çətin günlər keçirəcəklər, partiya çox şey itirəcək.

Heyli qeyd edib ki, o, bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampla da danışıqlar aparıb. O, "yaxşı söhbət olduğunu" açıqlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə