Alimlər gecə saatlarında süni işığın zərərləri danışıblar...

Xarici alimlər yeni araşdırma aparıblar ki, gecə vaxtı işıqlandırma sirkadiyalı ritmləri pozur, insulin ifrazına və qlükoza mübadiləsinə təsir edir.

SİA xəbər verir ki, “The Lancet” jurnalının yazdığına görə, ekspertlər bu qənaətə 85 min insanın məlumatı və xüsusi qurğuların 13 milyon saatlıq səs yazısı əsasında gəliblər. Qeyd edilir ki, ilkin olaraq 2-ci tip şəkərli diabet diaqnozu qoyulmayan eksperiment iştirakçıları bir həftə davamlı olaraq biləklərinə işıq sensoru taxıblar. Sonradan bu insanların vəziyyəti doqquz il ərzində izlənilib.

Tədqiqat 2-ci tip diabetin inkişafının ən yüksək riskinin 00:30-06:00 arasında parlaq işığa məruz qalma ilə əlaqəli olduğunu müəyyən etdi.

...Və öz növbəsində, rusiyalı endokrinoloq Zuxra Pavlova alimlərin fikirlərini nəzərə alaraq, gecə saatlarında monitor və lampaların zərərlərinə diqqət çəkib və rusları qaranlıqda yatmağa çağırıb.

...Şəkərli diabet riski sirkadiyalı ritmlərin pozulması səbəbindən artır və gecə parlaq işıq əslində bizim yatmadığımızın əlamətidir.

Həkim bunu Telegram kanalında bildirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə