ABŞ seçkilərində Baydeni kim əvəz edə bilər..?

Baydenin sentyabrın 10-da Trampla ikinci debata hazırlaşır..?

...ABŞ prezidenti Cozef Baydenin zəif debat performansından sonra Demokratlar Partiyasının bir çox donorları ABŞ-ın keçmiş prezidenti Donald Trampı məğlub etmək üçün yeganə çıxış yolunu hazırkı prezidentə əvəz axtarmaqda görürlər.

Yəni yeganə ümid namizədi əvəzləməkdir, amma kiminlə?

SİA-nın əldə etdiyi məlumata görə, bu bardə Bloomberg xəbər verir.

Agentliyin məlumatına görə, debatdan sonra donorlar “qəzəbli elektron məktublar” mübadiləsinə başlayıblar və orada “demokratlar və keçmiş prezident Donald Trampın geri qayıtmasının qarşısını almaqda maraqlı olan digər insanlar üçün yeganə ümid Baydenin getməsidir” qənaətinə gəliblər.

Deməli, Bloomberg yazır ki, Vaşinqtona qayıdan Demokratlar Baydenin yerinə namizəd ola biləcək şəxslərin adlarını müzakirə ediblər.

Hazırkı prezidentə alternativ ola biləcək adı çəkilən siyasətçilər arasında vitse-prezident Kamala Harris, Kaliforniya qubernatorları Qevin Nyusom və Miçiqan qubernatorları Qretçen Uitmer var.

Bayden kampaniyasının kommunikasiya direktoru Maykl Tayler iyunun 28-də jurnalistlərin prezidentin namizədliyini geri götürmək barədə düşünüb-düşünmədiyini soruşduqda, o, bu barədə heç bir söhbətin olmadığını bildirib.

…Tayler, Baydenin sentyabrın 10-da Trampla ikinci debata hazırlaşdığını da bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə