Türkiyəli aktrisa Dilan Çiçək Dəniz ilk dəfə aktyor sevgilisi Rafael Cemo Çetinlə birlikdə görüntülənib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, məkanların birində jurnalistlərin suallarını cavablandıran cütlük xoşbəxt olduqlarını bildirib. Onlar necə tanış olduqları ilə bağlı sualları isə cavablandırmayıblar.

Qeyd edək ki, Rafael rejissor Sinan Çetinin oğludur.

Qeyd edək ki, Dilan Çiçək islandiyalı rejissor nişanlısı Thor Saevarssondan ayrıldıqdan sonra müxtəlif vaxtlarda həmkarları Mert Yazıcıoğlu və Tarık Emir Tekinlə sevgili olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə