Azərbaycanda sığortaya dair ilk tədqiqat işinin təqdimat mərasimi keçirilib

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin nəzdindəki Araşdırma və İnkişaf Mərkəzi ilə Tədris Mərkəzinin “Əhalinin sığorta barədə məlumatlılıq səviyyəsinin ölçülməsi” mövzusunda apardığı ilk tədqiqat işinin təqdimat mərasimi keçirilib. SİA bu barədə ASA-ya istinadən xəbər verir.

Assosiasiyanın Müşahidə Şurasının iştirak etdiyi təqdimat mərasimini giriş sözü ilə açan Tədris Mərkəzinin direktoru Pərviz Quliyev sosial tədqiqatların çoxunun sosial problemlərə, sosial nizamın pozuntularına diqqət yetirdiyini bildirib. O qeyd edib ki, bu problemlərin səbəblərinin təhlili mümkün həll yollarını üzə çıxara bilər və məhz bu səbəbdən əhalinin sığorta barədə məlumatlılıq səviyyəsinin ölçülməsi və maarifləndirmə üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi məqsədilə bu tədqiqat aparılıb.

Tədqiqatçı İlahə Ümidli tədbir iştirakçılarına araşdırmanın nəticələrini nümayiş etdirib, bildirib ki, tədqiqat işində “Azərbaycan əhalisi sığorta barədə nə qədər məlumatlıdır?”, “Azərbaycan əhalisində sığortalanmaq vərdişləri nə dərəcədə formalaşıb?”, “Azərbaycan əhalisi “Sığortalı olmağ”ı özünə dəb kimi seçə bilmişdirmi?” kimi suallara cavablar axtarılıb. ə

Tədqiqata sadə vətəndaşlardan 1 201 nəfər, sığorta şirkətlərinin əməkdaşlarında 403 nəfər və peşəkar sığorta ekspertlərindən 13 nəfər cəlb edilib. Tədqiqat Bakı və Bakıətrafı kənd və qəsəbələrdə aparılıb. Azərbaycan Mərkəzi Bankı, sığorta və təkrarsığorta şirkətləri, sığorta agentləri ilə tətqiqat prosesində əməkdaşlıq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə