Hindistanda təlim zamanı 5 əsgər həyatını itirib

Hindistanda çətin regional şəraitlə mübarizə aparmaq üçün həyata keçirildiyi bildirilən hərbi manevrdə 5 əsgər həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Hindistan Times" qəzetinin məlumatına görə biri kiçik zabit olan 5 Hindistan əsgəri Mandir Morh çayında "Faktual Nəzarət Xətti" yaxınlığında "T-72 tipli" tankla keçid təlimi zamanı qəzaya düşüb.

Rəsmilər 5 əsgərin olduğu tankın Hindistanda yağan leysan yağışlar nəticəsində çayda seldən təsirləndiyini bildirib. Bildirilib ki, hadisə yerinə gələn qruplar 5 əsgərin meyitini aşkarlayıb.

Bu arada təlimin çətin regional şəraitə qarşı mübarizə məqsədilə həyata keçirildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə