Prezidentin xüsusi təyinatlı qüvvələri Belarusla sərhədə yerləşdirib..?

...Kiyev Belarusla həmsərhəd ərazilərə çoxlu sayda canlı qüvvə cəlb edir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Belarus Baş Qərargahının rəisi, general-mayor Pavel Muraveyko ONT telekanalında deyib.

…1-ci Prezident Briqadasının xüsusi təyinatlı bölmələri Jitomir, Rivne-Jitomir istiqamətində olan Ovruç qəsəbəsinə gəlib.

Bunu deyən Muraveykonun sözlərinə görə, ukraynalılar sərhədlərdə elektron kəşfiyyat-müşahidə sistemləri yerləşdiriblər və onların pilotsuz təyyarələri respublika ərazisinə uçur.

…Bundan əlavə, ukraynalı yaraqlılar sərhəddə minalanmış ərazilərdə asfalt yollar açıblar ki, bu da təxribat-kəşfiyyat qruplarının və reyd dəstələrinin Belarus ərazisinə soxulmağa hazırlaşdığını göstərə bilər.

Belarus Müdafiə Nazirliyi Ukrayna ordusunun hərəkətlərinə cavab olaraq öz bölmələrini sərhədə keçirərək, müəyyən ərazilər qurub.

…Belarus hərbçiləri təxribatlar zamanı tez cavab verməyə və döyüşməyə daim hazırdır.

Litvanın xarici işlər naziri Qibrelius Landsbergis daha əvvəl Rusiyanın Ukraynanın zərbələri üçün hədəfləri respublika ərazisinə keçirəcəyi təqdirdə Ukraynanın Belarusa zərbə endirməsi ehtimalını etiraf edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə