İranın BMT-dəki Daimi Nümayəndəliyi bildirib ki, İsrail Livana hərtərəfli hərbi hücuma keçərsə, “dağıdıcı müharibə” başlayacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, İranın BMT-dəki Daimi Nümayəndəliyi sosial media hesabında açıqlama verib.

Bəyanatda sionist rejimin Livana hücum edəcəyi ilə bağlı açıqlamalarının “psixoloji müharibə” kimi qiymətləndirildiyi bildirilib.

Bundan əvvəl aprel ayında İran və İsrail arasında artan gərginlik zamanı İran BMT-dəki daimi nümayəndəliyi vasitəsilə mesaj vermişdi.

Aprelin 14-də paylaşılan mesajda İranın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququnu həyata keçirdiyi qeyd edilib və İranın hərbi cavabının “sionist rejimin təcavüzünə cavab olaraq” olduğu bildirilib.

Mesajda "Bu məsələ artıq yekunlaşmış hesab olunur. Əgər İsrail bir daha səhv etsə, İranın cavabı daha sərt olacaq" ifadələri yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə