Zelenski təcili Polşaya gedir

Polşa və Ukrayna yaxın günlərdə təhlükəsizlik sazişi imzalayacaq. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu vəziyyətlə tanış olan mənbə bildirib. Onun sözlərinə görə, Vladimir Zelenski gələn həftə Polşaya gedəcək və ikitərəfli təhlükəsizlik sazişi imzalanacaq.

Mənbə qeyd edir ki, Polşa və Ukrayna üçün iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammiti başlamazdan əvvəl bu sazişi imzalamaq vacibdir. Bildirilir ki, alyans sammit iştirakçılarına Ukraynaya “daha ​​çox kömək etmək” lazım olduğuna dair siqnal göndərmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə