Leyboristlər Rusiyanın dərinliklərini vurmaq icazəsi istəyəcək..?

...Böyük Britaniyanın Leyboristlər Partiyası NATO sammitində Ukraynanın ona ötürülən silahlardan Rusiyanın dərinliklərinə zərbələr üçün istifadə etməsi məsələsini qaldıracaq.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

...Partiya lideri Kir Starmer bildirib ki, leyboristlərin Ukraynaya Britaniya tərəfindən təchiz edilmiş silahlardan Rusiya torpaqlarında istifadə etməsinə icazə verilməsi ilə bağlı mövqeyi, çox güman ki, gələn ay Vaşinqtonda keçiriləcək NATO sammitində müzakirə olunacaq.

Partiya lideri Keir Starmer bildirib ki, Böyük Britaniyada keçirilən ümumi seçkilərdən sonra hakimiyyətə gəlsələr, Leyboristlər bu məsələni qaldıracaqlar. Britaniya parlamentinə ümumi seçkilər iyulun 4-nə təyin edilib. İctimai rəy sorğularına görə, hakim Mühafizəkarlar partiyası Leyboristlərdən xeyli geridədir. NATO sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək.

...Bundan əvvəl xəbər verilmişdi ki, qarşıdan gələn parlament seçkilərində qələbəyə əsas namizəd hesab edilən Britaniya Leyboristlər Partiyası Fələstinin müstəqil dövlət kimi tanınması məsələsini seçki proqramına daxil edəcək.

...Əvvəllər bildirilmişdi ki, Kiyev hakimiyyəti Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək üçün ATACMS raketlərinin istifadəsinə qoyulmuş qadağanı aradan qaldırmağa çalışır,..amma ABŞ-a təzyiq göstərir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə