Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var - MSK SƏDRİ

Seçki Məcəlləsinin tələblərinə görə, beynəlxalq müşahidəçiləri dəvət etmək üçün Azərbaycanda üç səlahiyyətli qurum var. Bunlar Milli Məclis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasıdır. Milli Məclis beynəlxalq miqyasda parlament nümayəndə heyətlərini, Xarici İşlər Nazirliyi beynəlxalq təşkilatları, Mərkəzi Seçki Komissiyası isə seçki ilə bağlı əməkdaşlıq etdiyimiz qurumları dəvət edir. SİA xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iyunun 29-da keçirilən iclasında söyləyib.

O bildirib ki, MSK seçkiyə Avropa, Asiya ölkələrinin Mərkəzi Seçki komissiyalarını dəvət edir. Bizim coğrafiyamız genişlənir. Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var.

Bütün xəbərlər Facebook səhifəmizdə