Medvedev gənclərə müraciət edib

Gənclər Günündə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev gənc nəslə müraciət edib.

SİA-nın əldə etdiyi məlumata görə, “Vkontakte” sosial şəbəkəsində o, gənclərin enerjisi və qətiyyətinin indi çox vacib olduğunu, eləcə də Rusiyanın öz taleyi üçün məsuliyyət hiss edənləri dəstəkləyəcəyini bildirib.

Medvedev qeyd edib ki, hazırda bir çox gənc əllərində silahla ölkəni müdafiə edir. Onların enerjisi və qətiyyəti “Rusiyanın layiqli cavablar tələb edən çox çətin problemlərlə üzləşdiyi” bu gün xüsusilə vacibdir.

Onun sözlərinə görə, gənclər siyasəti dövlətin əsas iş sahələrindən biridir.

...Ölkəmiz çalışır ki, siz özünüzü istənilən müsbət işdə: ailədə, təhsildə, elmdə, sahibkarlıqda və könüllü fəaliyyətdə reallaşdıra biləsiniz. Mən isə Rusiyanın taleyi üçün məsuliyyət hiss edən və başqalarının naminə işləməyə hazır olan gəncləri dəstəkləməyə həmişə hazıram.

Bunu da Təhlükəsizlik Şurasının sədr müavini yazıb.

O qeyd edib ki, dövlətimizin və milyonlarla vətəndaşımızın təhlükəsizliyinin asılı olduğu əsas vəzifələri çox tezliklə gənclər tutacaqlar.

Medvedev gənclərə qələbələr və bütün Rusiyanın uğuruna çevriləcək, onu daha güclü və çiçəklənəcək nailiyyətlər arzulayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə