Leninin portretinə görə 700 avro cərimələnib

Sosial şəbəkələrdə Vladimir Leninin portretini və onun “Oxu, oxu və yenə də oxu!” çağırışını yerləşdirən Litva sakininin bu hərəkəti cərimə və qanuni təqibi ilə nəticələnib.

SİA TASS-a istinadən xəbər verir ki, müvafiq yazı Erika Şvencioniene tərəfindən aprel ayında sosial şəbəkələrdə yerləşdirilib və Leninin doğum gününə təsadüf edib.

Kaunas Rayon Polis Komissarlığı onu 700 avro cərimələyib. Xatırladaq ki, 2024-cü ilin martında Estoniya ilə sərhəddə Georgi lentinə görə cərimələnən Rusiya vətəndaşı haqqında məlumat yayılmışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə