Musson yağışları torpaq sürüşməsinə səbəb olub

Nepalda güclü musson yağışlarının səbəb olduğu torpaq sürüşməsi nəticəsində 3-ü uşaq olmaqla ən azı 9 nəfərin həyatını itirdiyi bildirilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Asiya ölkəsi Nepalın qərbində yağan güclü musson yağışları torpaq sürüşmələrinə səbəb olub. Milli Fövqəladə Xilasetmə və Zərərlərin Azaldılması Agentliyinin sözçüsü Dizan Bhattarai açıqlamasında Məlikə kəndində 5 nəfərlik ailənin evlərinin yatarkən torpaq altında qaldığını bildirib və 5 nəfərin cəsədi, o cümlədən 2 uşaq tapılıb.

Qonşu Syangja bölgəsində bir evin torpaq altında qalması nəticəsində bir qadın və 3 yaşlı qızı həyatını itirib, Baglung bölgəsində baş verən sürüşmə nəticəsində 2 nəfər həyatını itirib.

Nepalda illik musson yağışlarının başladığı iyunun ortalarından bəri torpaq sürüşmələri, daşqınlar və ildırımlar nəticəsində azı 35 nəfər ölüb. Musson yağışlarının sentyabrın ortalarına qədər davam edəcəyi gözlənilir.

Əsasən dağlıq əraziyə yayılan və hər il yüzlərlə insanın ölümünə səbəb olan Nepalda musson mövsümündə torpaq sürüşmələri və daşqınlar tez-tez baş verir.

Bütün xəbərlər Facebook səhifəmizdə