"Türkiyəyə ilk dəstək verən ölkələrdən biri də İsraildir" - MÖVLUD ÇAVUŞOĞLU

"Türkiyəyə zəlzələ zamanı ilk dəstək verən ölkələrdən biri İsrail idi, buna görə onlara təşəkkür edirik". SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İsrail XİN rəhbəri Eli Kohenlə birgə mətbuat konfransında deyib.

"İsrail tərəfi sadəcə zənglə kifayətlənmədi, bizə hərtərəfli yardım etdilər. İsrail-Fələstin münaqişəsinə bundan sonra diqqət yetirmək lazımdır. Bu məqamda həll prinsipinə xələl gətirəcək addımlardan çəkinmək lazımdır. Hər iki ölkənin səfirləri əlaqələrin inkişafı üçün səy göstərirlər",- deyə türkiyəli nazir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə